Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə tvit paylaşıb.

Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan H.Hacıyev onun partlamadığını bildirib.

"Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün Sülhə məcburetmə davam etməlidir" deyə, Prezidentin köməkçisi qeyd edib.

.