“Dünən hər bir vətəndaşımız Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətini dinlədi”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz xain, alçaq düşmənlə üz-üzəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı möhkəmdir. Ermənistanın amalı və məqsədi Qarabağ cəbhəsindəki uğursuzluqlarını kompensasiya etməkdir. Azərbaycan vətəndaşlarına qorxu aşılamağı qarşılarına məqsəd kimi qoyublar. Onlar buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün hər bir vətəndaşımız qəhrəmanlıq salnaməsi yazır. Bizim işimiz haqq işidir. Biz beynəlxalq hüququn norma və prinsipləri əsasında bu fəaliyyəti həyata keçiririk. Ölkəmizə qarşı 30 ildir elan edilməmiş bu təcavüz siyasəti artıq elan olunmuş şəkildə davam edir”, - deyə Prezidentin köməkçisi vurğulayıb. 

Hikmət Hacıyev: "Azərbaycan cəmiyyəti ən güclü şəkildə səfərbərdir"

“Bizim xain düşmənlərimizdə hər hansı etik qaydalar yoxdur. Biz bunu 90-cı illərin əvvəllərində baş vermiş və Ermənistanın Azərbaycana qarşı təcavüzündə də bir daha gördük”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan cəmiyyəti ən güclü şəkildə səfərbərdir: “Vətəndaşlarımız səfərbərdir. Biz işğal altında olan torpaqlarımızın azad olunması yolunda öz fəaliyyətimizi davam etdiririk. Bu gün hər birimiz qürur hissi duyuruq. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikası, hər bir Azərbaycan vətəndaşı tarixi, hüquqi əsaslarla öz torpaqlarının işğaldan azad edilməsini istəyir. Bizim işimiz haqq işidir. Ölkəmizə qarşı müharibə siyasəti çox eybəcər şəkildə aparılır. Silahlı Qüvvələrimiz də onların layiqli cavablarını verəcək. Qarabağ bizimdir”.
 

.