“Erməni lobbisi hələ də Azərbaycana qarşı təbliğat aparır”.

Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, müharibə dövründə Prezident İlham Əliyevin çıxışları informasiya blokadasının qarşısının alınmasında böyük rol oynayıb: “Diasporumuz da bu prosesdə aktiv iştirak etdi. Ancaq bu təbliğat müharibədən sonra da davam edir. Prezidentin bu gün qarşıya qoyduğu vəzifələr çərçivəsində diasporumuz erməni diasporunun, lobbisinin təbliğatına qarşı mübarizəsini davam etdirməlidir. Məsələn, bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilir ki, guya işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələri dağıdırlar. İşğaldan azad olunmuş ərazilərdə məhz Azərbaycan xalqının mədəni-tarixi abidələrinin dağıdılmasını gömürlərmi? Bu gün Qurultay Şuşada Realnı Məktəbin dağıdılmış binasının qarşısında keçirilir”.

Azad edilmiş ərazilərin minalarla çirklənməsindən danışan Hikmət Hacıyev qeyd edib ki, hələ də Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə qədər azərbaycanlının taleyi barədə məlumat verilmir.

“Ermənistan Azərbaycanın 5 bənddən ibarət sülh təklifi üzərində ciddi düşünməli və sülh müqaviləsini imzalamalıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

.