“Əgər icra başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı oğurlayır, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa onda insanlar hansı fikirdə ola bilərlər?!”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, - deyə dövlət başçısı vurğulayıb.

Dövlət başçısı: "Bəzi məmurlar sahibkarların gəlirlərinə göz dikirlər"

“İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına təmin ediləcək. Əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır”.

Bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb, ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər: Hansısa layihəni icra etmək istəyəndə, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizələr aparılır və ölkələr öz təkliflərini irəli sürür ki, investorları cəlb etsinlər. Ona görə də ilk növbədə yerli sahibkarları inandırmalısınız ki, məhz sizin rayonlarınıza onlar gəlib sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cürə əziyyət verilir – buna yol vermək olmaz”, - deyə dövlət başçısı vurğulayıb.

 

.