Prezident İlham Əliyev Kəlbəcərdə ermənilərin azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdiyi lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.

Qərar Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olarkən verilib.

Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.

.