Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha İran-Azərbaycan dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləyib.

Dövlətimizin başçısı imzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyanatı qeyd edib. Deyib ki, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir.

Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.

“Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”, - dövlət başçısı qeyd edib.

.