Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.

 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.

.