"Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”.
Bunu Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.
Dövlət başçısı vurğulayıb ki, Özbəkistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi dəyişilməzdir. "Özbəkistan Ermənistan-Azərbaycan münaqişənin həllinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq icrasında görür".
