“Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacam”.

Bu sözləri Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib: “Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir və azad edilmiş topraqların bərpası başlanmışdır. Füzulidən Şuşaya yol çəkilir”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

.