“Azərbaycanın xarici siyasətinin müstəqil xarakteri milli maraqlara əsaslanır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
“Bu, bizim maraqlarımıza və əldə etdiyimiz maksimum nailiyyətlərə əsaslanan Azərbaycanın xarici siyasətinin müstəqilliyinin göstəricisidir. Regionumuzda təhlükəsizlik və əməkdaşlıq haqqında bu günümüzün və gələcəyimizin ayrılmaz hissəsi kimi düşünməliyik”, - dövlət başçısı bildirib.
O əlavə edib ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi inkişaf olmayacaq.

.