Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. 

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunda əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, əmlakın hərracda satılması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı, qanunvericiliyə müvafiq olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilirdi.

Eyni zamanda, qanuna təklif edilən yeni maddəyə əsasən, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət edəcək.

.