Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.
Bu barədə Yenizaman xəbər verir.
Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısı Memorialın önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
.
