
Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioyni təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".
.