Nümayəndə heyətinin bütün üzvləri mənim göstərişlərimi alıblar ki, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin həlli üçün öz həmkarları ilə daim əlaqədə olsunlar.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə deyib.
“Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir”, - dövlət başçısı bildirib.
İlham Əliyev macarıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib
Macarıstanda yenidən olmaqdan məmnunam. Dünən bizim Baş nazirlə çox dostcasına, qeyri-rəsmi və eyni zamanda, müzakirələrlə dolu görüşümüz oldu. Bu gün biz söhbəti davam edəcəyik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlət başçısı Macarıstan prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik.
.
