Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemanı bu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

.