Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

.