Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanı COP29-da fəal iştiraklarına görə "Təşəkkürnamə" ilə təltif edib.
Bu barədə Arzu və Leyla Əliyevalar “Instagram”da paylaşım ediblər.
Leyla Əliyeva paylaşımında “Şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, - yazıb.
Arzu Əliyeva isə “Sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib”, - deyə qeyd edib.
.