Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadakı türk ictimaiyyəti qarşısında çıxışına qadağa qoyulmasına cavab olaraq Hamburqa səfərini ləğv etmək ehtimalını nəzərdən keçirmir.

Bu barədə Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan bildiriblər ki, Almaniya Türkiyə kimi region üçün vacib olan bir dövlətlə münasibətlərini pozmamalıdır.

Türkiyə Prezidenti Administrasiyasından bildiriblər: "Bir sıra Avropa dövlətləri Türkiyəyə münasibətdə ikili standartlar yürüdürlər ki, bu, demokratiyanın prinsiplərinə ziddir".
.