Son illər ABŞ-ın regionda fəaliyyəti Türkiyəni bərk narahat edir.

Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

F.Altunun sözlərinə görə, ABŞ PKK-nın Suriyadakı qolu PYD/YPG-ni fəal dəstəkləyir və bu Ankara ilə Vaşinqton arasında müttəfiqlik ruhuna uyğun deyil:

"Vaşinqtonun bu cür hərəkətləri ciddi problemlərə gətirib çıxarıb”.

O bildirib ki, Türkiyənin tərəfdaşlıq baxımından alternativləri çoxdur və ABŞ bunu başa düşməlidir.

F.Altun əlavə edib ki, Türkiyənin məqsədi Suriyanın şimalını terrorçulardan təmizləmək, bu regionda təhlükəsizlik zonasını yaratmaqdır.
.