İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu üçün təsis olunan “Fans’ Footballer of the Year” mükafatının sahibi bəlli olub.
Azarkeşlərin versiyası üzrə Premyer Liqada 2021-ci ilin oyunçusu Məhəmməd Salahdır.
“Liverpul”un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub. İkinci yeri Deklan Rays tutub. İlk “üçlüy”ü Brunu Fernandes qapayıb. “Mançester Yunayted”də cəmi 4 ay keçirən Kriştiano Ronaldo 14-cü olub.
1. Məhəmməd Salah (“Liverpul”)
2. Deklan Rays (“Aston Villa”)
3. Brunu Fernandes (“Mançester Yunayted”
4. Fil Foden (“Mançester Siti”)
5. Eduar Mendi (“Çelsi”)
6. Meyson Maunt (“Çelsi”)
7. Ruben Diaş (“Mançester Siti”)
8. Kevin de Breyne (“Mançester Siti”)
9. Jorjinyo (“Çelsi”)
10. Joau Kanselu (“Mançester Siti”)
11. Mikail Antonio (“Vest Hem”)
12. Harri Keyn (“Tottenhem”)
13. Nqolo Kante (“Çelsi”)
14. Kriştiano Ronaldo (“Mançester Yunayted”)
15. Markus Reşford (“Mançester Yunayted”)
16. Trent Aleksander-Arnold (“Liverpul”)
17. Cek Qriliş (“Aston Villa”, “Mançester Siti”)
18. İlkay Gündoğan (“Mançester Siti”)
19. Son Xin Min (“Tottenhem”)
20. Yuri Tilemans (“Lester”)