
Ukrayna prezidenti Pyotr Poroşenko Madridə səfəri çərçivəsində "Real" klubunun rəhbəri Florentino Pereslə görüşüb.
Yenizaman.az xəbər verir ki, Poroşenko Santyaqo Bernabeuda və "Real"ın klub muzeyində olub, "qaymaqlar"ı Çempionlar Liqasında qazanılan 13-cü qələbə münasibəti ilə təbrik edib.
Peres öz növbəsində Ukrayna prezidentinə "Real"ın 1 nömrəli formasını hədiyyə edib.

