Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun arxasında güclü kriminal qruplaşmalar dayanır və onun milyardlarla dollarlıq kapitala malik olmasında kriminal qruplaşmalarla əlaqələrinin də rolu olub.
Virtualaz.org saytı xəbər verir ki, bu iddia ilə hərbi-siyasi tematika üzrə ixtisaslaşmış MCA.ru portalı çıxış edib.
"Poroşenkonun arxasında güclü kriminal qruplaşmalar dayanır. Xüsusən Viktor Avdışevin mütəşəkkil cinayətkar qruplaşması, Vladimir Kieslin qruplaşması və Seylem qruplaşması. Sonuncu Ukraynanın ən iri kirminal qruplaşmasıdır. Seylem qruplaşması "Ay-Petri” kooperativinin bazasında 1988-ci ildə Simferepolda yaradılıb. Ayrı-ayrı illərdə onun iştirakçılarının sayı 1000 nəfəri keçirdi. Banda sifarişli qətllər, reket, soyğunçuluqla məşğul olub. O, əsasən İsrail və Dağlıq Qarabağ sakinlərindən ibarətdir” - deyə sayt yazır.
Məqalədə bildirilir ki, hazırda Seylem qruplaşmasının Ukraynanın hakimiyyət orqanları və əksər regionlarda yerli özünüidarəetmə orqanları ilə sıx əlaqələri var.
"Poroşenko indiki vəziyyətinə görə bu qruplaşmaya borcludur. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Poroşenkonun atası da kriminal qruplaşmalarla sıx əlaqələrə malikdir və hələ 1986-cı ildə 5 il həbsə məhkum edilmişdi. Belə çıxır ki, Ukraynada hakimiyyətə "şokolad kralı”nın arxasında gizlənən mafiya gəlib” - deyə MCA.ru əlavə edir.
.
