Ukrayna Mərkəzi Seçki Komissiyası mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.
APA-nın "İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, MSK Pyotr Poroşenkonu rəsmən Ukrayna prezidenti elan edib. O, 54,7% (9 milyon 857 min 308) səs toplayıb. Yekun protokolu MSK-nın 15 üzvünün hamısı imzalayıb.
İyunun 7-də P. Poroşenkonun andiçmə mərasiminin keçirilməsi gözlənilir.
.
