
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı idarəetmə bürosunun qapalı görüşündə Vladimir Putin deyib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona Donbası götürməyi təklif edib.
Bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, Poroşenko belə bir təklifi fevralın 11-12-də Minskdə keçirilən görüş zamanı edib: "O, mənə birbaşa dedi: "Donbası götürün". Mən isə cavab verdim: "Mənə Donbas lazım deyil. Əgər sizə də lazım deyilsə, onun müstəqilliyini elan edin"".