ABŞ-ın Dövlət katibi Mayk Pompeo ölkəsinin Çinlə qarşıdurmada qalib gələcəyinə inandığını bildirib.

Bu barədə Mayk Pompeo Kaliforniyada çıxışı zamanı bildirib.

“İnanıram ki, edə bilərik, çünki əvvəllər bunu etmişik. İnanıram, çünki Çin Kommunist Partiyası Sovet İttifaqının buraxdığı eyni səhvləri təkrarlayır”.

Dövlət katibi SSRİ-dən fərqli olaraq Çinin “dünya iqtisadiyyatına dərindən inteqrasiya olunduğunu” etiraf edib, lakin qeyd edib ki, rəsmi Pekin Vaşinqtondan daha çox asılıdır.

.