Polşa 14 ədəd "Leopard 2" döyüş tankının Ukraynaya göndərilməsinə dair icazə üçün Almaniyaya müraciət göndərib.

"Spiegel" xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbə bildirib.

Qeyd olunub ki, Polşa tərəfindən müraciət bu gün səhər Almaniyanın İqtisadiyyat Nazirliyinə daxil olub. Polşa əsas döyüş tankının 14 nümunəsi üçün ixrac lisenziyası ilə bağlı müraciət edib.

Mənbə onu da bildirib ki, prosesə Müdafiə Nazirliyi rəhbərlik edir.

“Hazırda hökumət daxilində müraciətin necə həll olunacağı ilə bağlı müzakirələr gedir”, - mənbə əlavə edib.

.