Polşa XİN başçısı Şimon Şinkovski vel Senk ATƏT xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.

Bu barədə “Russia Today” (RT) məlumat yayıb.

Buna səbəb kimi həmin görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı göstərilib.

Xatırladaq ki, bundan öncə Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) xarici işlər nazirləri Skopyedə ATƏT xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina edib.

.