Polşa məhkəməsi “Şimal Axını 2” boru kəməri partlatmaqda ittiham olunan Ukrayna vətəndaşının Almaniyaya ekstradisiya olunması barədə hökm verməkdən imtina edib və onu azadlığa buraxıb.

Bunu Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında deyib.

Məhkəmə ittihamla əlaqədar dəlil çatışmazlığını əsas gətirib.

O, məhkəmənin qərarına haqq qazandırıb və bu məsələnin bağlandığını vurğulayıb.

Qeyd edək ki, Rusiya qazınının Almaniyaya daşınması üçün nəzərdə tutulan “Şimal Axını 2” boru xətti 2022-ci ildə partladılıb.

.