Polşa Ukrayna hərbçilərinin təlimi başa çatan kimi yaxın iki-üç həftə ərzində Ukraynaya 14 “Leopard 2” tankı tədarük edəcək.

 UNİAN-ın verdiyi məlumata görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina bildirib.

Natiq qeyd edib ki, Varşava Ukraynaya döyüş təyyarələrinin göndərilməsini dəstəkləyir, lakin NATO-ya üzv ölkələr arasında konsensusa gəlməyin yolu hələ də getməli olacaq.

.