Rusiyanın Sankt-Peterburq şəhərində ölkənin Daxili Işlər Nazirliyinin polkovniki Yuriy Timçenko rüşvət alarkən yaxalanıb.
AzNews.az xəbər verir ki, Timçenko ilə yanaşı daha iki nəfərin də həbs edildiyi bildirilir. Onların heç bir hərbi rütbəsi yoxdur, sadəcə ortada söz aparıb-gətirən rolunda çıxış ediblər.
Polkovnik Yuriy Timçenko 100 milyon rubl (təxminən 1 milyon 600 min dollar ) rüşvət qarşılığında hüquq-mühafizə orqanları tərəfindən araşdırılan cinayət işlərindən birini bağlamağı planlaşdırırmış.
