“Azərbaycan lokal antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı. Son damla təbii ki, Xocavənd rayonunda baş vermiş təxribat oldu, burada mülki vətəndaşlar və Daxili İşlər Nazirliyinin əməkdaşları bu yaxınlarda yerləşdirilmiş minaya düşərək həlak olublar”.

Bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

Politoloq qeyd edib ki, bu hadisələr gözlənilən idi: "Bunun baş verəcəyi an məsələsi idi, çünki İrəvan Azərbaycanı zorakı addımlar atmağa sövq etmək üçün əlindən gələni edirdi. İrəvan sülh sazişinin imzalanacağını bəyan etdi, Azərbaycan da bu il müqavilənin imzalanacağına ümid edirdi. Lakin üçüncü oyunçular - ABŞ və Fransa Rusiyanın sülhməramlı prosesin əsas moderatoru olmasında maraqlı deyildi”.

Ekspertin fikrincə, Ermənistan eyni vaxtda bir neçə stulda oturmağa çalışır: “İrəvan Amerika ilə birgə təlim keçirir və bəyan edir ki, regionda yerləşən sülhməramlılar öhdəliklərinə əməl etmirlər. Sülhməramlılar oradadır və 2020-ci ilin noyabrında imzalanmış bütün öhdəlikləri yerinə yetirirlər. Onlar ilk növbədə mülki şəxslərin təhlükəsizliyini təmin etməklə məşğuldurlar”.

Politoloq vurğulayıb ki, Azərbaycan sülhməramlılara və Rusiya-Türkiyə monitorinq mərkəzinə hərbi əməliyyatın başlaması ilə bağlı xəbərdarlıq edib: “Bakı antiterror tədbirləri barədə həm sülhməramlılara, həm də Rusiya-Türkiyə mərkəzinə xəbərdarlıq edib ki, dinc əhaliyə zərər dəyməyəcək, yalnız terrorçular və onların infrastrukturu məhv ediləcək”.

O qeyd edib ki, Rusiya yaranmış vəziyyətin həlli üçün bütün səylərini göstərəcək: “Ancaq başa düşmək lazımdır ki, yaxın gələcəkdə artıq sülh müqaviləsi olmayacaq”.

.