Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul etməsi ilə Rusiyanın Mərkəzi Asiyada mövqeləri bir qədər də möhkəmlənmiş oldu. Ölkədə baş verən xaos, anarxiya, özbaşınalıq və lideri olmayan oğru kütlənin qarşısını almaqda Ermənistanın Baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın fəal rol oynaması da diqqətçəkən məqamdır. 

Erməni mənşəli rus jurnalist Marqarita Simonyanın da Qazaxıstanın müstəqilliyinə rişxənd ilə yanaşaması da diqqətdən yayınmadı. Eyni zamanda nümayişçilərin terrorçu adlandırılması hadisələrdə Rusiya üçün dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. 

Bu sözləri Yenizaman-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"KTMT Şurasının müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul etməsi ilə KTMT-nin də nüfuzu artdı. Çünki bu hərbi-siyasi blok haqqında kifayət qədər kifayət qədər fikirlər formalaşmışdı. Eyni zamanda təşkilatın baş katibini Yuri Xaçaturovu həbs edən, beloruslu yeni baş katib Stanislav Zasın seçilməsinə əngəl törədən Ermənistanın əli ilə KTMT-nin reabilitasiyası baş verdi. Eyni zamanda hüquqi cəhətdən də hər şey doğru edilib. Çünki Qazaxıstan Prezidenti Kasım-Comərd Tokayevin müraciəti ilə əlaqədar, habelə Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq ölkəyə qoşunlar yeridilib. Qeyd edək ki, KTMT sülhməramlı kontingenti artıq Qazaxıstana daxil olub. Sülhməramlı kontingentin tərkibində Ermənistan, Belarus, Tacikistan, Qırğızıstan əsgərləri və Rusiyanın Hava desant bölmələri yer alıb.

Politoloq bildirib ki,Azərbaycanla Qazaxıstan arasında çox yaxşı münasibətlər formalaşıb. Qazaxıstan çoxsaylı azərbaycan diasporası fəaliyyət göstərir. KTMT üvzü olan Qazaxıstan Azərbaycanı Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə təbrik etmişdi. Qazaxıstanın birinci Prezidenti, elbası Nursultan Nazarbayev müdrik siyasətçi kimi Azərbaycan regiondakı rolunu, strateji mövqeyi yaxşı dəyərləndirərək əməkdaşlıq münasibətlərini qururdu. KTMT tərkibində Ermənistan silahlı qüvvələrinin təmsilçilərinin sülhyaratma missiyasına qatılması rəsmi Nursultanın gələcəkdə Ermənistanla münasibətlərinə də müsbət təsir edə bilər. Lakin Azərbaycanla Qazaxıstanı bağlayan köklər daha fundamental əsasları təşkil edir.

.