Heç bir halda polis həmin tədbirə gedib müdaxilə etməyəcək və insanların əyləndiyi zaman yaxınlaşıb, toyun gedişatına mane olmayacaq.

Bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, bütün normalar mərasimin təşkilinə 5 gün qalmış tənzimlənəcək.

"Tələb odur ki, yalnız toya qədər 5 gün ərzində tərəflər məlumatlandırılsın. Heç bir halda polisin marağında deyil ki, hansısa vətəndaşın şad günündə ona müdaxilə etsin. Ona görə güclü təbliğat aparırırq ki, vətəndaşlarımız elementar normaları bilsinlər. Əgər orda qayda pozulursa, barələrində inzibati məsuliyyət tədbiri nəzərdə tutula bilər. Ona görə də bu, qarşılıqlı hörmətə əsaslanmalıdır. Vətəndaşdan tələb olunan odur ki, qaydalara riayət etsin".

.