Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Piyadanın ölümü ilə nəticələnən yol qəzasını polis əməkdaşının törətdiyi məlum olub.
Qəzanı Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov törədib.
Ədalət Sadıqov "KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
