Bakıda dönərdən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, “28 Mall”ın yaxınlığında yerləşən dönərxanada kütləvi zəhərləmə olub.
Dönərdən 8 nəfər zəhərlənib, onlardan 1-i 16 yaşlı yeniyetmədir. Zəhərlənənlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.
AQTA Bakıda kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib.
AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
.
