
Ötən gecə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət hər bir istiqamətdə davam etdirilib.
Yenizaman Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, yaşayış məntəqələrini birləşdiriən magistrallarla yanaşı məhəlləarası yolllarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülüb.
Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilib.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.