Polis 8 Noyabr - Zəfər Günü gücləndirilmiş rejimdə çalışacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) müraciətində bildirilib.

Müraciətdə deyilir:

“Əziz vətəndaşlarımız!

8 Noyabr - Zəfər günü ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.

Bununla yanaşı vətəndaşlarımız üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin kollektivi adından Zəfər Günü münasibətilə qalib xalqımızı təbrik edirik”.

.