![](/uploads/img/posts/2024/02/07/65c3125c6536a65c3125c6536b170728303665c3125c6536765c3125c65369jpg-1707284741.jpg)
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezident seçkilərində səsvermədə iştirak edib.
Səfir qeyd edib ki, suveren respublikanın bütün tarixində ilk dəfə olaraq dövlət başçısının seçilməsi üçün səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunan ərazilərdə keçirilir:
“Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə olaraq prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə keçirilir. Moskva ilə Bakı arasındakı saat fərqini nəzərə alaraq, Bakıda səsvermə başlayıb. Xankəndi və Xocalıda, şəhərlərimizin bir çoxunda səsvermə gedir. Biz Moskvada 2 seçki məntəqəsi açmışıq, çünki Moskvada 2500-dən çox vətəndaşımız səsvermədə iştirak etmək və vətəndaşlıq borcunu yerinə yetirmək arzusunu ifadə edib. Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb”, - deyə o, fikrini yekunlaşdırıb.
.