Azərbaycan ilk dəfə işğaldan azad edilmiş ərazilərdə prezident seçkiləri keçirəcək.

Bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibəsində deyib.

“Xüsusilə qeyd etmək istərdim ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Artıq işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb, yəni səsvermə prosesi üçün hər şey hazırdır”, - o vurğulayıb.

Diplomatın sözlərinə görə, ölkədə, eləcə də xaricdə yaşayan Azərbaycan vətəndaşları yüksək fəallıq nümayiş etdirəcək, firavan və güclü Azərbaycanın xeyrinə düzgün seçim olunacaq.

.