“Forsaj” filmlərinin qəhrəmanı aktyor Pol Uokerin “Nissan Skyline GT-R” avtomobili satışa çıxarılacaq.

Model franşizanın 2009-cu ildə işıq üzü görən dördüncü hissəsində istifadə edilib. Çəkiliş üçün bir neçə belə avtomobil hazırlanıb və indi onlardan biri - Pol Uokerin şəxsən idarə etdiyi maşın “Bonhams” hərrac evində hərraca çıxarılmaq üçün növbə gözləyir.

İdman avtomobilinin mühərriki 550 at gücü hasil edir. Nəqliyyat vasitəsi titan kuzov və 19 düymlük “Volk Racing RE30” diskləri ilə təchiz olunub. Bildirilir ki, “Nissan Skyline GT-R R34” uzun müddət istifadəsiz qaldığı üçün texniki baxışdan keçməlidir.

Hərracın aprelin 28-dən mayın 5-dək keçiriləcəyi planlaşdırılıb.

.