İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-də davam etdirə bilər.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Turin klubu ilə müqaviləni ləğv etməyə yaxındır.

Qeyd edək ki, dopinqə görə diskvalifikasya olunan 31 yaşlı yarımmüdafiəçinin cəzası 4 ildən 18 aya endirilib. Hazırda "Yuventus"a məxsus olan futbolçuya mart ayından etibarən rəsmi oyunlarda meydana çıxmağa icazə veriləcək. Poqba İtaliya klubunda ildə təqribən 10 milyon avro qazanır.

.