Ermənistan düz yoldadır.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak yerli “Analitika UA” xəbər saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan, ətrafında yaranmış çətinliklərin öhdəsindən gələcək.

Ermənistanın Baltik-Qara dəniz müdafiə alyansında iştirakının mümkünlüyü ilə bağlı sualı cavablandıran Podolyak ümid etdiyini bildirib ki, alyansın qapıları açıq olacaq, hüquqi və nəqliyyat məsələlərinin həlli üçün formullar axtarılmalıdır:

“Erməni siyasətçilə dialoq aparmalıdır”, - Podolyak qeyd edib və onun fikrincə, Ermənistan düz yoldadır.

Mixail Podolyak əlavə edib ki, Ermənistanın mövqeyində aydın şəkildə görünən strategiya - NATO ölkələri olan Böyük Britaniya, ABŞ, Fransa ilə davam etdirilən intensiv dialoqdur.

.