Nyu-York Əmtəə Birjasında (NYMEX) 2026-cı ilin aprel tədarükləri üzrə platinin fyüçers qiyməti 5% bahalaşaraq tarixi maksimum həddini yeniləyib.

Yenizaman bu barədə xarici KİV-ə istinadən xəbər verir

Bakı vaxtı ilə saat 15:24-ə olan məlumata görə, platin fyüçersinin qiyməti 4,86% artaraq bir troya unsiyası üçün 2 702,1 ABŞ dollarına yüksəlib. Saat 15:35-də isə artım tempi sürətlənərək qiymət bir troya unsiyası üçün 2 711,8 ABŞ dollarına (+5,23%) çatıb.

2026-cı ilin əvvəlindən etibarən qiymətli metalın dəyəri ümumilikdə 24,49% artıb.

.