PKK terror qruplaşmasının beynəlxalq axtarışda olan rəhbər şəxslərindən daha biri zərərsizləşdirilib.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb.

O bildirib ki, hüquq-mühafizə orqanları terrorçunun Türkiyənin Hakkari şəhərində gizləndiyi mağaralardan birində əməliyyat keçirib və terrorçu məhv edilib.

Lakin terrorçunun adı açıqlanmayıb.

.