
Türkiyəli aktrisa Pınar Altuğ həyat yoldaşı Yağmur Atacanla boşanacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa bu haqda sosial şəbəkədə yazıb:
"Bir baxırıq "Boşanırlar" deyirlər, bir baxırıq "Ən xoşbəxt cütlüklər" siyahısına salıblar. Nə istəyirlər yazsınlar, amma bir qərar versinlər. Biz də nə edəcəyimizi bilək".
Qeyd edək ki, Pınar və Yağmur 2008-ci ildə ailə qurub. Cütlüyün Su adlı bir qızı var.
.