Almaniyanın Lufthansa aviaşirkətinin pilotları tətil elan ediblər. 

AzNews.az Lufthansa aviaşirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pilotların tətili 876 reysin təxirə düşməsinə səbəb olub. Bu da 100 min sərnişinin hava limanında qalması ilə nəticələnib. Tətilin bu gün də davam edəcəyini nəzərə alan mütəxəssislər Almaniyadan qalxan bütün təyyarə reyslərinin təxirə düşəcəyini ehtimal edir. 

Lufthansa üçün hər təxirə salınan reys bir neçə milyon avro itirilməsi deməkdir. 
Bu Lufthansa pilotlarının iki il ərzində 14-cü tətilidir. Onlar tariflərin artması ilə əlaqədar əmək haqqlarının qaldırılmasını tələb edirlər. Pilotlar artıq beş ildir ki, əmək haqqlarının qaldırılmamasına etiraz edirlər. 

2014-2015-ci illərdə pilotları tətili Lufthansa aviaşirkətinin 16 min reysinin təxirə salınması ilə nəticələnib ki, bu da aviaşirkətə 463 milyon avro zərər verib. 
Yenizaman.az
.