“Barselona”nın müdafiəçisi Jerar Pike futbol hakimlərini qərəzli olmaqda günahlandırıb.

“Marca” nəşri xəbər verir ki, J.Pike ispaniyada hakimlərin Madridin “Real” klubuna azarkeşlik etdiyini bildirib.

“Bu yaxınlarda keçmiş hakimlərdən biri mənə söylədi ki, İspaniyada hakimlərin 85 faizi “Real”ı dəstəkləyir. Mən hakimlərin peşəkarlığına hörmət edirəm və bilirəm ki, bacardıqları qədər işlərini görməyə çalışırlar, amma bəzən “Real”la qarşılaşmada mübahisəli məqamlar yaranır”, deyə J.Pike bildirib.

.