İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

İran mediasının xəbərinə görə, Pezeşkian telefon danışığı zamanı Makronu Pakistanda keçirilmiş İran-ABŞ danışıqları barədə məlumatlandırıb.

İran Prezidenti tərəflər arasında ekspert səviyyəsində anlaşmaların əldə olunmasına baxmayaraq, ABŞ rəsmilərinin həddən artıq tələbləri və kifayət qədər siyasi iradə göstərməməsinin razılaşmanın yekunlaşmasına mane olduğunu Makronun diqqətinə çatdırıb.

Pezeşkian milli maraqların və suverenliyin qorunması çərçivəsində İranın danışıqlara hazır olduğunu bildirib.

İran Prezidenti ölkəsinin Hörmüz boğazında həmişə təhlükəsiz gediş-gəlişin təmin olunmasına çalışdığını vurğulayıb. O, bu bölgəyə qarşı hər hansı təhdidin qlobal ticarətə geniş təsirlərinin olacağı ilə bağlı dax əbərdarlıq edib.

“Eyni zamanda, İran milli maraqları çərçivəsində bütün ssenarilərə hazırdır. Atəşkəslə bağlı İranın şərtləri açıq şəkildə elan olunub və bəzi iddiaların əksinə olaraq, məhz İran tərəfi öhdəliklərin dəqiq icrasını tələb edib və bu məsələni Pakistan rəsmiləri də təsdiqləyib”, - Pezeşkian əlavə edib.

.