İran uranın zənginləşdirilməsi hüququndan heç vaxt geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur.
İran Prezidenti Məsud Pezeşkian bunu bu gün Pul və Bank Siyasəti üzrə 33-cü Konfransda çıxışı zamanı İsveçrədə ABŞ-la müzakirələr barədə danışarkən bildirib.
“Ölkədə birlik və həmrəyliyin pozulmasına yönəlmiş çıxışlar edən şəxslər faktiki olaraq düşmənin maraqlarına xidmət edir və onun dəyirmanına su tökürlər”, - deyə İran Prezidenti qeyd edib.
.
