İran Prezidenti Məsud Pezeşkian Əli Rəbiini özünün sosial məsələlər üzrə müavini təyin edib.

Bu barədə “İrna” məlumat yayıb.

"Rabii prezident üçün “səssizlərin səsi” olmalıdır” - deyə, Pezeşkian şənbə günü verdiyi fərmanında vurğulayıb.

Qeyd edək ki, Rabii bundan əvvəl 2019-2021-ci illərdə İran hökumətinin sözçüsü, 2013-2018-ci illərdə İranın kooparativlər əmək və sosial təminat naziri vəzifələrində çalışıb. O, eyni zamanda Tehran Universitetinin professorudur.

.